Bakı, 6 noyabr, Sporaz.tv
“Qarabağ”ın da güclü və zəif tərəfləri var”.
Sporaz.tv xəbər verir ki, bunu “Bodo Glimt” komandasının baş məşqçisi Kjetil Knutsen Norveçdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:
“Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir..
Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi Ajax (Ayaks)-a uduzmasını (0:3) xatırlayıb:
“11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. “Qarabağ” azlıqda qaldıqdan sonra məğlub oldu”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo Glimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.