“Bodo/Glimt”10 nəfərlə “Porto”nu məğlub etdi

Bakı, 25 sentyabr, Sporaz.tv

UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ilk oyununda “Bodo/Glimt“, “Porto“nu qəbul edib.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasında mövsümün ilk oyununda “Beşiktaş”ın rəqiblərindən olan “Bodo/Glimt” doğma meydanda Portuqaliya təmsilçisi “Porto” ilə üz-üzə gəlib.

Qarşılaşma, 3-2 hesabı ilə Bodo/Glimtin xeyrinə başa çatıb. “Porto” komandasından qolları 8-ci dəqiqədə Omorodion, 90-cı dəqiqədə Dəniz Gül vurub.

“Bodo/Glimt”-dən isə ilk qolu 15-ci dəqiqədə Hogh vurub. 40-cı və 62-ci dəqiqələrdə Hauge, atdığı dəqiq zərbələr ilə dubl müəllifi olub.

Bu nəticə ilə Bodo/Glimt turnirə 3 xalla başlayıb.

Bodo/Glimt Avropa Liqasında növbəti matçında səfərdə “Union Saint-Gilloise” ilə , “Porto” isə Manchester United (Mançester Yunayted)-lə qarşılaşacaq.

Leave a Reply