Bakı, 24 oktyabr, Sporaz.tv
“Boca Juniors“-un baş məşqçisi Fernando Gago, Cristian Medinanın transfer prosesindən danışıb. Gago bildirib ki, komandadakı futbolçular özlərini komandaya verməlidirlər.
Sporaz.tv məlumat verir ki, Argentina kubokunda penaltilərə qədər davam edən matçda “Boca Juniors”, “Gimnasia“-nı 2:1 hesabı ilə məğlub edib. Sarı-göylülər, üçün Cristian Medina matçın heyətində olmasına baxmayaraq, oyuna daxil edilməyib.
“Boca Juniors”-un baş məşqçisi Fernando Gago, komandadan ayrılmaq istəyən futbolçuların üzünə qapını açıq qoysa da, Medinanın transfer vəziyyətindən də danışıb.
Hadisəli “Gimnasia” matçından sonra çıxış edən Fernnado Gago, komandadakı oyunçuların diqqətini cəmləməli olduğunu bildirib.
Gago, Medinanin ayrılmaq istəyindən danışıb: “Cristian Medina mənə transferin mümkünlüyündən danışıb. Bir neçə gündür buradayam və başa düşürəm. Transfer pəncərəsinə hələ 3 ay var. Futbolçuların sədaqətinə önəm verirəm. Komandaya sadiq olmadığını demirəm, amma o, çox gənc oyunçudur və bu vəziyyət onu çaşdırır. Medina ilə təkbətək danışdım. Danışıqlarımız aramızda qalacaq. Amma təəssüf ki, bəzilərinin çölə sızdığını görürəm. Bu, çox xüsusi bir vəziyyətdir. Oyunçuların inkişafı təkcə meydanda və məşqdə baş vermir. Vəziyyətləri və hadisələri təhlil etməyi bacarın. Bütün gənc oyunçular səhv edə bilər, amma onlar ən yaxşısıdır .”- dedi.