“Boca Juniors”dan Cristian Medina üçün açıqlama

Bakı, 6 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin arxasınca getdiyi Cristian Medinada yeni bir inkişaf yaşanıb. “Boca Juniors“un baş məşqçisi Mauricio Serna argentinalı futbolçunun gələcəyi ilə bağlı açıqlama verib.

Sporaz.tv xəbər verir ki, “Boca Juniors”da çıxış edən və “Fenerbahçe”nın transfer gündəmində olan Cristian Medina üçün yeni açıqlama verilib.

“TNT Sports”a müsahibə verən “Boca Juniors”un meneceri Mauricio Serna futbolçunun gələcəyi ilə bağlı qiymətləndirmələr edib. Sernanın açıqlamaları belədir:

“Hələ dəqiq bir şeyimiz yoxdur. Çoxlu söz-söhbətlər var. Təəssüf ki, bəzi ölkələrdə transfer bazarı hələ də açıqdır. Bu, bizim üzərimizdə gərginlik yaradır. Pulu masaya qoyub, oyunçularınızı alırlar. Bu çətin vəziyyətdir, amma bu, oyunun qaydalarından biridir. Cristianın bizimlə qalacağına inanırıq”.

Bahar Rüstəm

Leave a Reply