“Boca Juniors”dan Cristian Medina qərarı

Bakı, 13 noyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin heyətinə qatılacağı gözlənilən Cristian Medina üçün onun klubu “Boca Juniors” qərar verib. “Boca Juniors”, transfer pəncərəsinə qədər Medinayı oynatmayacaq.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin yay transfer dövründən bəri davam etdirdiyi Cristian Medinanın transferində xoşbəxt sona çatdığı bildirilib. Argentinalı yarımmüdafiəçinin yanvarda sarı-göylülər komandası ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Argentina mətbuatında yer alan xəbərə görə, Medina, klubun qərarı ilə transfer dövrünə qədər meydana çıxmayacaq. “Fenerbahçe”-də oynamaq üçün klubundan imtina etdiyi iddia edilən Medina, “Boca Juniors”-un keçirdiyi son 4 matçda meydana çıxmayıb.

Nəhayət, oktyabrın 20-də Tigre ilə qarşılaşmada meydana çıxan futbolçunun yanvara kimi oynanılacaq matçlarda iştirak etməyəcəyi bildirilib.

Cristian Medina, bu mövsüm “Boca Juniors“-da 30 matçda iştirak edib.

Argentinalı yarımmüdafiəçi bu matçlarda 2424 dəqiqə meydanda qalıb və 3 qol və 3 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Leave a Reply