“Bizim üçün önəmli matç olacaq”

Bakı, 14 avqust, Sporaz.tv

Bu sözləri “Zirə“nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans liqasının 3-cü təsnifat mərhələsində “Zirə” – “Osiyek” matçından əvvəl mətbuat konfransında deyib.

Sporaz.tv xəbər verir ki, “Zirə” – “Osiyek” matçında əvvəl keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov oyun haqqında fikirlərini deyib, jurnalistlərin suallarını cavablandırıb.

“Hər iki komandada yaxşı futbolçular var. Əlimizdən gələni etməyə çalışacağıq. Meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmaması bizi məyus edir. Bu, texnikalı oyuna mane ola bilər. Şərtlər hər iki tərəf üçün eynidir”.

Sadıqov “Qarabağ”ı UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib:

“Dünənki qələbə bizə motivasiya verə bilər. Sabahkı görüşdə həm özümüzə, həm də “Sabah”a uğurlar arzulayıram. Hər iki kollektiv mərhələ adlasa, yeni tarix yazılacaq və Azərbaycanın üç təmsilçisi avrokubokların pley-offunda mübarizə aparacaq. Rəqibin möhkəm kollektiv olduğunu da anlayırıq. Mövsümə uğurla başlamaq bizə xüsusi üstünlük vermir”.

Pyer Zebli də mətbuat konfransında iştirak edib, jurnalistlərin suallarını cavablandırıb.
Yarımmüdafiəçi bu görüşdə yalnız qələbəyə kökləndiklərini vurğulayıb:

“Rəqib yaxşı futbolçulardan təşkil olunmuş kollektivdir”.

Bahar Rüstəm