Bakı, 17 noyabr, Sporaz.tv
UEFA Millətlər liqasının D liqasında Azərbaycan Millisi evində qəbul etdiyi Estonya millisi ilə heç-heçə edib.
Sporaz.tv xəbər verir ki, 0-0 hesabı ilə başa çatan matçdan sonra millimizin üzvü Elvin Cəfərquluyev oyundan sonra fikirlərini Sporaz.tv ilə bölüşüb.
-Matçın ən yaxşılarından biri siz idiniz. Komanda vuruşdu-döyüşdü, real qol vəziyyətləri yaratdı. Amma qalib gələ bilmədiz. Komandada nə çatmırdı?
-Nə qədər yaxşı oynasaqda, qələbə qazana bilmədik. Düzdür, azarkeşlər deyəcək yaxşı oynayırdınız niyə qələbə qazanmadınız. Oyun yox, bizə nəticə lazımdır. Qrupda hələ ki, qələbə qazana bilməmişik. Çox istəyirdik ki, qələbə qazanaq. Azarkeşlərimizi sevindirək. Öz meydanımızda oynadıq. Rəqibin qapısına yaxşı gəlirdik, amma qol vəziyyətlərindən yaxşı istifadə edə bilmədik. Rəqib də yaxşı kompakt şəkildə müdafiə olunurdu. Əfsuslar olsun ki, qələbə qazanacağımız matçda, heç-heçə etdik.
-Qarşıdan gələn oyun qrupdakı son oyundur. Məğlubiyyət komandanın D liqasından düşməsinə gətirib çıxara bilər. Bu komandada narahatçılıq yaradırmı?
-Düşünürəm ki, çətin oyun olacaq. İsveçin gücünü hamı bilir. Çox yaxşı oyunçuları var. Mən özüm oynamasamda, ürəyim komanda ilə olacaq. Onlara uğurlar arzu edirəm.
Bahar Rüstəm