Bir dövr başa çatdı: Thomas Müller, milli komandanı tərk etdi

Bakı, 15 iyul, Sporaz.tv

Thomas Müller, Almaniya millisindən ayrıldığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Almaniya millisində sonuncu dəfə AVRO-2024-də çıxış edən 34 yaşlı Thomas Müller, milli forması ilə vidalaşıb.

Thomas Müller, Almaniya Milli Komandasından ayrıldığını bu açıqlama ilə bildirib: “131 milli matçdan və 14 ildən çox müddətdən ,sonra, Almaniya Milli Komandasından ayrılmaq qərarına gəldim. Azarkeşlərə və birlikdə çalışdığım hər kəsə təşəkkür edirəm. …”

Thomas Müller, sonuncu dəfə AVRO-2024-ün 1/4 finalında İspaniya – Almaniya matçında millinin formasını geyinib. Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan təcrübəli futbolçu, 80-ci dəqiqədə oyuna qoşulub.

Almaniya millisində 131 dəfə çıxış edən oyunçu, 45 qol vurub, 41 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu, Almaniya ilə 2014-cü il dünya çempionatında çempionluq sevincini yaşayıb.