Bidon d’oro-uğursuzların mükafatı

Bakı, 28 may, Sporaz.tv

Özlərini doğrultmayanlar

Futbol təşkilatları bacarıqlı və uğurlu futbolçuları həmişə mükafatlandırıb. Amma hər kəs uğurlu olacaq deyə bir qanunun olmadığı kimi, mükafatlar da həmişə uğurlu insanlar üçün də olmaya bilər.
Bir futbolçu yüksək məbləğlə transfer olunanda hər kəs ondan yüksək performans gözləyir. Amma bütün futbolçular bu gözləntini doğrultmaya bilər. İtaliya(Seria A)da bu futbolçular üçün bir mükafatın təsis olduğunu bilirsinizmi?


Bidon d’oro – yəni zibil mükafatı. Adı alçaldıcı kimi görünsə də, bu mükafat 10 ilə yaxın verilib(2003-2012).
Mükafatı ən çox alan Adrianodur. 42 yaşlı futbolçu bu mükafata 3 dəfə layiq görülüb.
“Beşiktaş”ın keçmiş ulduzu Ricardo Quaresmada bu mükafata 2008-ci ildə layiq görülüb.


Mükafata layiq görülən futbolçuların siyahısı:
2003 Rivaldo
2004 Nicola Legrottaglie
2005 Christian Vieri
2006 Adriano
2007 Adriano
2008 Ricardo Quaresma
2009 Felipe Melo
2010 Adriano
2011 Diego Milito
2012 Alexandre Pato
Bu mükafat həmçinin klublara da verilir.
Mükafata ən çox layiq görülən klub isə “İnter“dır. Klub bu mükafatı ardıcıl 3 dəfə 2006-2008, və 2011-ci ildə alıb.

Mükafata layiq görülən klubların siyahısı:
Inter 4 2006, 2007, 2008, 2011
Milan 3 2003, 2005, 2012
Juventus 2 2004, 2009
Roma 1 2010

Bahar Rüstəm