“Beşiktaş”ın yoldaşlıq oyununun stadionu dəyişib

Bakı, 20 iyul, Sporaz.tv

Beşiktaş” əlverişsiz hava şəraiti ilə əlaqədar “Grazer AK” ilə yoldaşlıq oyunu üçün stadionun dəyişdirildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki,Yeni mövsüm hazırlıqlarını Sloveniyada davam etdirən “Beşiktaş” bu axşam “Grazer AK” ilə qarşılaşacaq.

TSİ 19.00-da oynanılacaq qarşılaşmadan əvvəl matçın stadionunun dəyişdirildiyi açıqlanıb.

Qara-ağlı komandadan verilən açıqlamada əlverişsiz hava şəraiti ilə əlaqədar matçın stadionunun dəyişdirildiyi bildirilib.

Açıqlamada, “Beşiktaşın yeni mövsümə hazırlıqları çərçivəsində bu axşam “Beşiktaş”ın “Grazer AK” ilə yoldaşlıq matçının keçiriləcəyi stadion əlverişsiz hava şəraiti səbəbindən dəyişdirilib. Qarşılaşma TSİ 19.00-da Sportplatz Lannach stadionunda oynanılacaq ” deyildi.

Bahar Rüstəm