“Beşiktaş”ın yeni transferindən ilk açıqlama

Bakı, 23 iyul, Sporaz.tv

Giovanni van Bronckhorstun rəhbərliyi altında yeni mövsüm hazırlıqlarını və transfer çalışmalarını davam etdirən “Beşiktaş” Can Keleşi heyətinə qatıb.

Sporaz.tv məlumat verir ki, ağ-qara klubdan dünən verilən açıqlamada transfer üçün Fatih Karagümrüklə razılığa gəlindiyi, Can Keleşlə müqavilə imzalandığı bildirilib.

“Beşiktaş”ın yeni transferi Can Keleş, ağ-qara komandanın YouTube hesabına verdiyi müsahibədə transfer prosesindən danışıb.

22 yaşlı oyunçu, “Məni təsirləndirən Beşiktaş azarkeşləri oldu. Azarkeşlər çox həvəslidir. Mənim üçün ən önəmlisi budur. Prezidentimiz Həsən Aratın layihəsini dinlədim və bəyəndim. Bu iki amildən ötrü belə böyük bir cəmiyyətə addım atmaq istədim”. -deyə açıqlamasında bildirib.

“Beşiktaş azarkeşlərinə bir mesajınız varmı?”

Can Keleş, sualı belə cavablandırıb: “Əvvəla, Beşiktaşa gəldiyim və Beşiktaş kimi bir toplumda olduğum üçün çox xoşbəxtəm. Əlimdən gələni edəcəm. Ümid edirəm ki, azarkeşlərimizi hər zaman sevindirəcəm. Onlar da məni sevindirəcəklər və yaxşı mövsüm keçirəcəyik”.- o cavab verdi.