“Beşiktaş”ın yeni jokeri Joao Mario

Bakı, 17 sentyabr, Sporaz.tv

Beşiktaş” – “Trabzonspor” matçında Joao Mario, ilk dəfə ağ-qara forma ilə meydana çıxıb. Portuqaliyalı futbolçu oyun ərzində dəfələrlə mövqe dəyişsə də, göstərdiyi performansla keçid qiyməti də alıb.

Sporaz.tv məlumat verir ki, Superliqanın 5-ci həftəsində səfərdə “Trabzonspor”-la qarşılaşan “Beşiktaş”, matçdan 1:1 hesablı bərabərliklə ayrılıb. Qarşılaşmada “qara-ağlar”ın yeni transferi Joao Marionun çıxışı bəyənilib.

Matça ilk 11-də başlayan Joao Mario, matça sağ cinahda başlayarkən yarımmüdafiəyə verdiyi dəstəklə diqqət çəkib. “Al Musrati” oyunu tərk etdikdən sonra 6 nömrəyə keçən Joao Mario, bu mövqedə də uğurlu çıxış edib.

“Beşiktaş”-ın az qala joker futbolçusu olan Joao Mario qazandığı toplar və komandanın hücumunu qidalandıran ötürmələrlə fərqlənən ad oldu. Təcrübəli futbolçu, ilk matçdakı çıxışı ilə ictimaiyyətdən tam qiymət aldı.

Leave a Reply