“Beşiktaş”ın yeni hücumçusu üçün pul Jackson Mulekadan gəlir

Bakı, 4 iyun, Sporaz.tv

Transfer dövrünə sürətli başlayan Beşiktaşda bütün gözlər mərkəz forvardı transferinə çevrildi. “Qara-ağlar” yeni hücumçunun xərclərini ödəmək üçün resurslar tapıb.

Rafa SilvaGabriel Paulista ilə heyətini gücləndirən “Beşiktaş”ın gündəmində hücumçu transferi var.

Haller, Milik və Adam Buksa kimi adlarla görüşdüyü iddia edilən qara-ağlar hazırkı heyətdən hücumçu transferi üçün büdcəni yaradacaq.

Sporaz.tv verdiyi məlumata əsasən, “Beşiktaş” Govanni van Bronckhorstun heyətdə nəzərə almadığı Jackson Muleka üçün gələn təklifləri dəyərləndirəcək.

Mulekanın çoxlu talibinin olduğu öyrənilərkən, qara-ağların bu transferdə 6-7 milyon avro aralığında gəlir əldə etməsi gözlənilir.

“Beşiktaş” Mulekadan pulu birbaşa hücumçu transferinə köçürəcək.

Qara-ağların bombardiri siyahısında Adam Buksa adı önə çıxır.

27 yaşlı hücumçu mərkəz hücumçusu istəyən van Bronckhorstun gözləntilərini qarşılaya biləcək bir ad kimi seçilir.

Ötən mövsümü icarə əsasında “Antalyaspor”da keçirən Buksa “Akdeniz” komandası ilə 35 oyun keçirib.