Bakı,16 may,Sporaz.tv
“Beşiktaş“da yeni məşqçi üçün işlər bütün sürətiylə davam edir. “Qara-ağlılar” yerli məşqçilərə üz tutarkən, rəhbərlik daxilində dominant adla bağlı yeni iddia ortaya atıldı.
Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün işlərinə başlayan “Beşiktaş”da yeni məşqçi gündəmdədir. Bu baxımdan “ağ-qara” administrasiya arasında adı önə çıxan namizəd var.
“Beşiktaş”da Sergen Yalçının yenidən vəzifəyə qaytarılmasını istəyən idarəçilərin sayı daha çoxdur. “Qara-ağlar”da futbola cavabdeh olan 7 idarəçidən 3-ü “Antalyaspor”dan ayrılacaq təcrübəli məşqçinin yenidən “Beşiktaş”ın çalışdırıcısı olmasını istəyir.
Menecerlərdən 2-si Şenol Güneşin tərəfdarı olduğu halda, 1 nəfərin Nuri Şahinin, 1 nəfərin isə əcnəbi məşqçinin daha yaxşı seçim olacağını dediyi iddia edilib.
Bahar Rüstəm