Beşiktaşın transfer gündəmində olan futbolçunun karyerası

Bakı, 18 iyul, Sporaz.tv

Argentinalı cinah oyunçusunun “Beşiktaş“ın gündəmində olduğu iddia edilib. “Atletico Madrid“də çıxış edən futbolçunun komandası ilə 2026-cı il iyunun 30-na kimi müqaviləsi var. 14-15 mövsümündə Sal Lorenzo klubundan İspaniyaya transfer olunan futbolçu performansı ilə bəyənilib. Futbolçu Argentina millisinin heyətində 25 oyunda iştirak edib. Effektiv sağ ayağı və bitirmə bacarığı ilə tanınan futbolçu La Liqa və Çempionlar Liqasındakı performansı ilə diqqət çəkib. Bəs Angel Correa kimdir, hansı komandalarda çıxış edib?

Sporaz.tv məlumat verir ki, Angel Correa 9 mart 1995-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. Sağ cinah yarımmüdafiəçisi kimi çalışan futbolçu həm mərkəz hücumçusu, həm də hücumçu arxasında oynaya bilər.

La Liqada ümumilikdə 304 matça çıxan futbolçu 64 qol vurub və 42 qola töhfə verib. O, UEFA Çempionlar Liqasında 70 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Futbolçu karyerasına “Alianza Sport”da başlayan futbolçu 2012-2013 mövsümündə “San Lorenzo II” klubundan A Komandasına yüksəlib.

14-15 mövsümündəki uğurlu çıxışından sonra o, Atletico Madridə keçdi.

2023-2024 mövsümündə İspaniya yığması ilə liqada 32 matça çıxan futbolçu 9 qol vurub, 2 məhsuldar ötürmə edib.

Nəhənglər Liqasında oyunçu 1 məhsuldar ötürmə etdi, lakin qola töhfə verə bilmədi. Ötən mövsüm ümumilikdə 47 matçda meydana çıxan futbolçu 11 qol vurub, 3 məhsuldar ötürmə edib.