Bakı, 9 noyabr, Sporaz.tv
UEFA Avropa Liqasında “Beşiktaş“-ın “Malmö”-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda qolu və oyunu ilə diqqət çəkən Semih Kılıçsoy, Premyer Liqa komandalarının radarındadır. Gənc ulduz üçün diqqətçəkən bir transfer iddiası ortaya atılıb.
Sporaz.tv məlumat verir ki, “Beşiktaş”, yay transfer dönəmində talibi olan Semih Kılıçsoyu komandasında saxlayıb.
Gənc futbolçu, UEFA Avropa Liqasında “Malmö” matçında göstərdiyi performansla bir daha Avropa komandalarının gözünü açıb.
Premyer Liqa komandası “Aston Villa“, Semih Kılıçsoyun arxasınca gedir. İngilislərin bu transfer üçün 15 milyon avro ödədiyi iddia edilirdi.
Xəbərdə “Beşiktaş”-ın Semih Kılıçsoyu 30 milyon avrodan aşağı qiymətə satmağı düşünmədiyi bildirilib.
Semih Kılıçsoy bu mövsüm “Beşiktaş”-ın heyətində 15 matçda 787 dəqiqə meydanda olub. 19 yaşlı futbolçu bu matçlarda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.