“Beşiktaş”ın rəqibi “Shakhtar Donetsk”dur

Bakı, 16 iyul, Sporaz.tv

Sloveniyanın Maribor şəhərində düşərgə quran “Beşiktaş” sabah yoldaşlıq görüşündə Ukrayna təmsilçisi “Shakhtar”la qarşılaşacaq.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş” Shakhtar Donetsku ilə yoldaşlıq oyunu keçirəcək

Sports Park Radomljedə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Beşiktaş”ın ötən həftə Xorvatiyanın “Dinamo Zagreb” komandası ilə keçirməyi planlaşdırdığı yoldaşlıq oyunu güclü yağış səbəbindən ləğv edilib.

Yeni mövsüm hazırlıqları çərçivəsində indiyədək bir yoldaşlıq oyunu keçirə bilən qara-ağlar İstanbul mərhələsində “Ümraniyespor”la qarşılaşıb və matç qolsuz başa çatıb.

Yeni baş məşqçisi Giovanni van Bronckhorstun rəhbərliyi altında ikinci matçına çıxacaq “Beşiktaş” iyulun 20-də “Grazer AK” ilə matçdan sonra İstanbula qayıdacaq.