“Beşiktaş”ın qonağı “Rizespor”dur

Bakı, 2 may, Sporaz.tv

Trendyol Super Liqasının XXXV həftəsində “Beşiktaş” sabah “Rizespor”( Rizəspor)u qəbul edəcək.

Sporaz.tv xəbər verir ki, Tüpraş stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.

Pis nəticələrdən sonra xal cədvəlində 5-ci pilləyə geriləyən qara-ağların aktivində 51 xal var.

Avropaya vəsiqə almaq istəyən komandalardan olan “Rizespor”( Rizəspor)49 xalla 7-ci pillədə qərarlaşıb.

Beşiktaş liqanın ilk yarısında Rizədə oynadığı matçı 4-0 qazandı.

Vüqar Alışov