“Beşiktaş”ın pley-off mərhələsindəki rəqibləri bəlli olub

Bakı,24 may,Sporaz.tv

Ziraat Türkiyə Kubokunun finalında “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada 3-2 hesabı ilə qalib gələn “Beşiktaş” kubokun sahibi olub.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində iştirak edəcək qara-ağların mümkün rəqibləri də bəlli olub.


Beşiktaşın mümkün rəqibləri; Ajax, Braqa, Union St. Gilloise, Sparta Praqa, Partizan, Malmö, LASK Linz, Molde, Viktoria Plzen, Şerif və APOEL.


Qeyd edək ki, avqustun 5-də UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qarşılaşmalar avqustun 22 və 29-da baş tutacaq.