“Beşiktaş”ın Oxlade-Chamberlain planı

Bakı, 21 iyul, Sporaz.tv

Beşiktaş“da gələcəyi maraqla qarşılanan Oxlade-Chamberlainlə bağlı “ağ-qaralar”ın qərar verdiyi iddia edilir. “Beşiktaş” Oxlade-Chamberlainin maaşının böyük hissəsini qarşılasa, futbolçunu icarəyə göndərməyə hazırdır.

Sporaz.tv xəbər verir ki, “ağ-qaralar”ın ötən mövsüm zədələrlə mübarizə aparan və “Beşiktaş”a gözlənilən töhfəni verə bilməyən Alex Oxlade-Chamberlain üçün qərar verdiyi iddia edilib.

“Beşiktaş” futbolçunun maaşının böyük hissəsi qarşılanacağı təqdirdə Oxlade-Chamberlaini icarəyə göndərməyə hazırdır.

Bu yaxınlarda Premyer Liqa klublarının Oxlade-Chamberlainlə maraqlana bilər.

İngilis yarımmüdafiəçi ötən mövsüm 30 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Oxlade-Chamberlain ümumilikdə 1424 dəqiqə meydanda olub.

Bahar Rüstəm