“Beşiktaş”ın izlədiyi türk ulduzunun qiyməti müəyyənləşib

Bakı, 3 iyun, Sporaz.tv

Alman mətbuatı “Beşiktaş“ın izlədiyi iddia edilən Salih Özcanın transfer qiymətini açıqlayıb. “Beşiktaş”ın transfer etmək istədiyi futbolçu üçün “Borussia Dortmund“un 10 milyon avro gözlədiyi bildirilib.

Beşiktaş Rafa Silvanın transferi ilə transferə sürətli start verib. Qara-ağların gündəmində olan digər adın isə “Dortmund Borussia”sında çıxış edən milli futbolçu Salih Özcan olduğu iddia edilir.

Türkiyə Komandası ilə AVRO-2024-də mübarizə aparacaq Salih Özcana başqa iddiaçıların olduğu da bildirilib.

Sky Germany xəbərinə görə; “Beşiktaş”, “Rennes” və “Marsilya“lə maraqlanan yarımmüdafiəçi üçün “Borussia Dortmund”un transfer gözləntiləri 10 milyon avro olaraq təyin olunub.

Bir komandada müntəzəm oynamaq istəyən və Dortmund Borussiasından ayrılmaq niyyətində olan Salih Özcanın son qərarını AVRO 2024-dən sonra verəcəyi gözlənilir.

Salih Özcan ötən mövsüm “Dortmund Borussiya”sında 35 matçda 1786 dəqiqə meydanda olub. 26 yaşlı futbolçu bu matçlarda heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.