“Beşiktaş”ın icarəyə göndərdiyi Emrecan Uzunhan imza atıb

Bakı, 15 avqust, Sporaz.tv

Trendyol Super Liqa komandalarından olan “Antalyaspor“, “Beşiktaş“dan icarə əsasında heyətinə qatdığı müdafiəçi Emrecan Uzunhan üçün imza mərasimi keçirib.

Sporaz.tv məlumat verir ki, Atilla Vehbi Konuk Təsislərində keçirilən imza mərasimində çıxış edən 23 yaşlı futbolçu, “Antalyaspor”a transfer olunduğu üçün xoşbəxt olduğunu dilə gətirib.

Bir il sonra “Göztepe” ilə matçda yenidən “Antalyaspor” formasını geyindiyini xatırladan Emrecan, “Antalyaspor, artıq tanıdığım və yaxşı xatirələrim olan bir toplumdur. Yenidən cəmiyyətin bir parçası olduğum üçün xoşbəxtəm. İnşallah Bu mövsüm yenə komandaya qatqı verməyə davam edəcəyəm.”- dedi.

“Antalyaspor” İdarə Heyətinin üzvü Bahadır Haktanır da transferin “Antalyaspor”a və ictimaiyyətə xeyirli olmasını arzulayıb.

2022-ci ildə “Beşiktaş”ın “İstanbulspor”dan transfer etdiyi Emrecan, 2022-2023 mövsümünün ikinci yarısında icarə əsasında “Antalyaspor”un formasını geyinib.

Ağ-qara klubdan verilən açıqlamada, 23 yaşlı müdafiəçinin 2024-2025 mövsümünün sonuna qədər “Antalyaspor”a icarəyə verildiyi açıqlanıb.