“Beşiktaş”ın gündəmində olan Angelonun transferi təsdiqlənib

Bakı, 15 avqust, Sporaz.tv

Yarımmüdafiədən sonra sağ cinahda transfer etmək istəyən “Beşiktaş“ın gündəmində “Chelsea“nin braziliyalı futbolçusu Angelonun olduğu iddia edilib. Bildirilib ki, “Chelsea”(Çelsi)nin baş məşqçisi Enzo Maresca Angelonun başqa komandaya icarəyə göndərilməsinə razılıq verib.

Sporaz.tv məlumat verir ki, transfer cəhdlərini davam etdirən “Beşiktaş”ın, sağ cinahda solayaqlı futbolçu axtardığı iddia edilib.

“Ağ-qaralar”ın hədəfi, “Chelsea”də çıxış edən Angelodur. 19 yaşlı futbolçu üçün kartaldan başqa, Santos da var.

Transfer vizası “Beşiktaş”ın daha çox istədiyi braziliyalı cinah forvardının klubundan da alınıb. “Chelsea”nin baş məşqçisi Enzo Maresca, gənc futbolçunun inkişafı üçün icarəyə razılıq verib.

İngilislərin hazırda variantlara baxdığı öyrənilərkən, ən ciddi namizədlərin Beşiktaş və Santos olduğu ifadə edildi. Bu transfer baş tutsa, “ağ-qaralar”, Ndourdan sonra Angelonu icarə əsasında heyətinə qatacaq.

Ötən mövsümü icarə əsasında Strasbourgda keçirən Sambacı, 25 matçda 4 qol vurub. 1.80 sm. Hündürboylu Angelo Gabriel Borges Damaceno, hər iki cinahda oynaya bilir. Karyerasına ölkəsinin komandalarından olan “Santos”da başlayan braziliyalı futbolçu, ötən mövsüm 15 milyon avroluq transfer qarşılığında “Chelsea”yə transfer olunub. İngilislər, futbolçunu dərhal Strasburqa icarəyə verdilər.