Bakı, 6 noyabr, Sporaz.tv
UEFA Avropa Liqasının 4-cü həftəsində İstanbulda İsveçin “Malmö” komandasını 2:1 hesabı ilə məğlub edən “Beşiktaş” xallarını 6-ya yüksəldib. “Gaziantep FK” matçında zədə aldıqdan sonra komandasını 4 matçda tək buraxan Gabriel Paulista, müalicəsi bitdikdən sonra ilk matçında yenidən zədələnib.
Sporaz.tv məlumat verir ki, “Gaziantep FK” matçında zədə aldıqdan sonra komandasını 4 matçda tək buraxan Gabriel Paulista, müalicəsi bitdikdən sonra ilk matçında yenidən zədələnib.
Matç zamanı etdiyi kritik müdaxilələrlə “Malmö”-nün qol cəhdlərinin qarşısını alanlar arasında olan braziliyalı futbolçu, matçın 82-ci dəqiqəsində cərimə meydançasında yıxılıb. Həkimlər qrupu yoxladıqdan sonra Paulistanı, 84-cü dəqiqədə Emirhan Topçu əvəzləyib.