“Beşiktaş”ın Ciro Immobileyə etdiyi maaş təklifi bəlli oldu

Bakı, 9 iyul, Sporaz.tv

“Ağ-qaralar” “Beşiktaş”ın transfer gündəmində olan Ciro Immobile üçün 3 illik müqavilə və mövsüm başına 5 milyon avro təklif etdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, transfer çalışmalarını davam etdirən “Beşiktaş”da Ciro Immobile hücumçu transferi gündəmdədir. “Beşiktaş”ın italiyalı hücumçunu heyətinə qatmaq istədiyi və 3 illik müqavilə təklif etdiyi bildirilib.

“Qara-ağlar”ın Ciro Immobileyə mövsüm başına 5 milyon avro təklif etdiyi və təcrübəli futbolçunun transferə müsbət yanaşdığı qeyd edilib.

Ciro Immobilenin “Galatasaray”dan Dries Mertens və “Fenerbahçe”nin keçmiş futbolçusu Leonardo Bonuccidən transfer barədə məlumat aldığı bildirilib.

Lazio“nun Ciro Immobile üçün “Beşiktaş”dan təklif gözlədiyi və transferin hələ tamamlanmadığı bildirilir. Bundan əlavə, “Beşiktaş”ın heç bir transfer haqqı ödəmək istəmədiyi bildirilib.

Bahar Rüstəm