“Beşiktaş”ın çingənəsi Ricardo Quaresma

Bakı, 5 iyun, Sporaz.tv

Əziz sporaz.tv izləyiciləri, bu gün haqqında danışacağımız şəxs Türkiyədə oynadığı müddətdə “Çarşı“nın ürəyini qazanmış Ricardo Quaresmadır.


1983-cü ildə Portuqaliyada dünyaya gələn Quaresma, 4 yaşında futbola başladı. Karyerasına “Sporting Lizbon”da başlayan futbolçu, A komandası ilə birlikdə ilk rəsmi matçına 17 yaşında çıxdı. Göstərdiyi performansa görə fərqlənən Quaresma, Cristiano Ronaldonu ehtiyatda saxlayaraq insanlar arasında kim olduğu ilə bağlı maraq yaradıb.

“Q7” karyerasında “Barselona”, “İnter”, “Milan”, “Porto”, “Chelsea”, “Beşiktaş”, “El-Ehli” və “Kasımpaşa” forması geyinib. Amma onun əls hekayəsi “Beşiktaş“da idi. 13 iyun 2010-da “Çarşı”nın istəyi ilə kluba gələn Quaresma, qısa zamanda azarkeşlərin ürəyini ələ ala bildi. “Beşiktaş”da oynadığı 3 sezonda 227 matçda 38 qol, 77 məhsuldar ötürmə ilə yadda qalıb. “Ağ-qara” forma ilə 2 super liqa, 1 Türkiyə kubokunu qaldırıb.
Özünə məxsus oyun stilinin bir parçası olan trivela vuruşunu öz adı eyniləşdirməyi bacarıb.


Çingənə olmasına görə ölkəsində çox sevilməyib. Amma “Çarşı” onu sevirdi. Ebru Gündeşin “Çingənə” mahnısını onun üçün oxuyaraq sevgilərini göstərməyə çalışırdı.


Bəs siz Quaresmanı sevirsiz?

Bahar Rüstəm