“Beşiktaş”ın Cher Ndour transferində Luis Enrique təfərrüatı

Bakı, 12 avqust, Sporaz.tv

Beşiktaşın “PSG“-dən heyətinə qatmaq üzrə olduğu Cher Ndourun transferində Giovanni van Bronckhorst ilə Luis Enriquein görüşünün təsirli olduğu iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, yarımmüdafiə xəttini gücləndirmək üçün səylərini davam etdirən “Beşiktaş”ın, Paris Saint-Germain-də çıxış edən Cher Ndour ilə anlaşdığı iddia edilsə də, bu transferin arxasındakı detallar aydınlaşmağa başlayıb.

“Ağ-qaralar”, Amir Hadziahmetovici “Çaykur Rizespor”a icarəyə verdikdən sonra Cher Ndour yarımmüdafiəyə keçdi.

Baş məşqçi Giovanni van Bronckhorst, rəhbərliklə məsləhətləşmələrində ön libero və mərkəzdə oynaya bilən hündür, bundan əlavə fiziki cəhətdən güclü profil istəyirdi.

Bunun üzərinə “Paris Saint-Germain”-dən olan Cher Ndour adı məşqçiyə təqdim edildi. Bronckhorst futbolçu karyerası ərzində “Barcelona”da birlikdə çıxış etdiyi Luis Enriquiyə də zəng edib.

“PSG”-ni çalışdıran ağ-qaralı məşqçi, ispan futbolçudan Ndour haqqında fikirlərini soruşub və dostundan:“Axtardığınız profilə uyğundur, komandanıza töhfə verəcək”-deyə müsbət cavab alıb.

Bu inkişafdan sonra Bronckhorst 20 yaşlı oyunçunu təsdiqlədi və PSG ilə 1 illik icarə müqaviləsi bağlandı. Ndour da “Beşiktaş”a müsbət yanaşsa da, futbolçunun bu gün və ya sabah İstanbula gəlib imza atacağı gözlənilir.