Bakı, 5 avqust, Sporaz.tv
UEFA Avropa Liqasında “Beşiktaş” pley-off mərhələsində “Partizan” – “Lugano” matçının qalibi ilə qarşılaşacaq. “Qara-ağlar” ilk matçına avqustun 22-i cümə axşamı günü çıxacaq.
Sporaz.tv xəbər verir ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmada “Beşiktaş”ın pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
“Beşiktaş” pley-off mərhələsində “Partizan” – “Lugano” matçının qalibi ilə qarşılaşacaq.
“Beşiktaş” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu avqustun 22-də keçirəcək.
Bu turun cavab görüşləri avqustun 29-da keçiriləcək.
“Qara-ağlar” bu turu keçsələr, Avropa Liqasının liqa mərhələsinə yüksələcəklər.
Bahar Rüstəm