Beşiktaşın 10 milyon avroluq problemi

Bakı, 30 iyul, Sporaz.tv

Beşiktaş”, heyətə düşməyən bəzi futbolçuları ilə vidalaşa bilmir. “Vincent Aboubakar“(Vinsent Aboubakar),  “Alex Oxlade-Chamberlain“(Aleks Oksleyd-Çemberlen), “Ante Rebic“(Ante Rebiç) və “Daniel Amartey“(Daniel Amartey)in maaşlarını aşağı gördükləri üçün aldıqları təklifləri rədd etdikləri iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”, yüksək maaş yükü və gözləntilərdən aşağı çıxışı səbəbindən yollarını ayırmaq istədiyi futbolçularla hələ də vidalaşa bilməyib.

Bu adlar Vincent Aboubakar, Alex Oxlade-Chamberlain, Ante Rebic və Daniel Amartey ilə yollarını ayıra bilməyən Beşiktaş üçün 10 milyon avro maaş yükü yaradır.

“Beşiktaş” edəcəyi transferlər üçün kvotada istədiyi yeri yarada bilmir, çünki futbolçular maaşları az gördüyü üçün aldıqları təklifləri rədd edirlər.

İdarəetmə üzrə məsləhətçi təyin edilən “Brad Friedel”(Bred Fridel), bu adların menecerləri ilə görüşlərini davam etdirir.

Beşiktaşda Aboubakarın illik 3,1 milyon avro, Chamberlainin isə 2,5 milyon avro qazandığı bildirilib.

“Qara-ağlar”da Rebicin 2,5 milyon avro, Amarteyin isə 1,7 milyon avro maaş aldığı iddia edilirdi.