“Beşiktaş”dan Zalewski sürprizi

Bakı, 17 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-la adı hallanan və sarı-qırmızılıların təklifini rədd etdiyi bildirilən Nicola Zalewski, Romada heyətdən çıxarılıb. “Galatasaray”-a getməyən və yeni müqavilə imzalamadığı üçün Romada cəzalandırılan Zalewski üçün “Beşiktaş”-dan təəccüblü iddia irəli sürülüb.

Sporaz.tv məlumat verir ki, “Roma”-nın heyətindən kənarda qalan Zalewskini transfer etməkdə “Beşiktaş“-ın maraqlı olduğu iddia edilib.

Polşalı futbolçunun “Galatasaray”-ı rədd etdikdən sonra “Roma” ilə yeni müqavilə imzalamaqdan imtina etməsi klubun səbrini sınayıb.

İtaliya komandası Zalewskini heyətdən kənarda qoyaraq cəzalandırıb.

“Qara-ağlar”, 21 yaşlı futbolçunu ara transfer dövrü üçün ilk sırada yer alıb. “Beşiktaş“-ın heyətdə planlaşdırdığı gedişləri reallaşdıracağı təqdirdə Zalewski üçün “Roma”-nın qapısını döyəcəyi iddia edilib.

Leave a Reply