“Beşiktaş”dan zədə açıqlaması

Bakı, 28 sentyabr, Sporaz.tv

Ajax” – “Beşiktaş” matçında zədələnən ağ-qara komandanın liviyalı forvardı Al-Musratinin yuxarı sol budunun daxili əzələsində dartma və ödem aşkarlanıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın UEFA Avropa Liqasında “Ajax”la matçında zədələnən Al-Musratinin səhhətinin vəziyyəti ilə bağlı açıqlama verilib.

“Beşiktaş” JK Sağlamlıq İdarə heyəti Başçısı Dos. Dr. Kerem Ülkünün açıqlaması belədir:

“26 sentyabr 2024-cü il tarixində Futbol A Komandamızın UEFA Avropa Liqasında “Ajax”la keçirdiyi matçda sol qasıq nahiyəsində hiss etdiyi ağrı səbəbindən oyunu davam etdirə bilməyən futbolçumuz Al-Musratiyə gərginlik diaqnozu qoyuldu. Acıbadem Altunizade Xəstəxanasında edilən MRT müayinəsində sol budun üst daxili əzələsində (adductor longus) və ödem təsbit edildi. Al Musratinin müalicəsinə həkim qrupumuz tərəfindən start verilib”.

Liviyalı futbolçunun 10 gün meydanlardan uzaq qalacağı gözlənilir.

Bahar Rüstəm

Leave a Reply