“Beşiktaş”dan yerli həmləsi

Bakı,14 may,Sporaz.tv

Beşiktaş” rəhbərliyinin yerli futbolçuların transferinə diqqət yetirdiyi bildirilib. Ağ-qaraların gündəmində; Salih Özcan, Oğuz Aydın və Yasin Özcan var.

“Beşiktaş” heyətində böyük dəyişikliklər edəcək. “Ağ-qaralar” yerli futbolçuların transferində düyməni basıb.

Salih Özcanla ilk əlaqə Almaniyada olub. “Beşiktaş” rəhbərliyi Dortmund “Borussiya”sında çıxış edən yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Salehlə razılıq əldə olunarsa, ağ-qaralar mövsümün ilk transferini reallaşdıracaq.”Beşiktaş”ın transfer siyahısında “Korendon Alanyaspor”da çıxış edən Oğuz Aydın da var.

Cari mövsümdə 12 qol və 8 məhsuldar ötürmə edən 23 yaşlı cinah yarımmüdafiəçisi üçün yaxın günlərdə cəhd ediləcəyi gözlənilir. Xüsusilə Futbol Koordinatoru Səməd Aybabanın Oğuz Aydını çox bəyəndiyi öyrənilib.“Ağ-qaralar”ın yerli transfer üçün digər namizədi isə Yasin Özcandır.

“Kasımpaşa”da çıxış edən gənc sol cinah müdafiəçisi bu mövsüm liqada 36 matçda 1 qol və 1 məhsuldar ötürmə edib. Mövsümün sonunda Masuaku ilə yolların ayrılması planlaşdırılsa da, “ağ-qaralar” 18 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.