“Beşiktaş”dan Vincent Aboubakar qərarı

Bakı, 24 iyul, Sporaz.tv

Beşiktaşda Vincent Aboubakar, bahalı olduğu üçün yeni mövsüm planına daxil edilməyib. “Qara-ağlar”, kamerunlu hücumçu üçün Fransa və Səudiyyə Ərəbistanından gələn təklifləri dəyərləndirəcək.

 Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Beşiktaş”a qatılacaq futbolçulardan biri də Vincent Aboubakardır.

Beşiktaşda Aboubakar, baha başa gəldiyi üçün yeni mövsüm üçün heyətdə nəzərə alınmır.

Kamerunlu hücumçuya Fransa və Səudiyyə Ərəbistanından maraq var.

Qara-ağlar, Aboubakar üçün bu təklifləri dəyərləndirəcək.

Aboubakar ötən mövsüm “Beşiktaş”ın heyətində 34 oyun keçirib.

32 yaşlı futbolçu bu matçlarda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.