“Beşiktaş”dan Van Bronkhorst açıqlaması

Bakı, 12 iyun, Sporaz.tv

Beşiktaş“ın baş məşqçi postu üçün razılaşdıqlarını açıqladığı Covanni van Bronkhorst sabah Türkiyəyə gələcək.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın yeni baş məşqçisi Covanni van Bronkhorstun sabah İstanbulda olacağı açıqlanıb. İyunun 14-ü cümə günü hollandiyalı məşqçi üçün imzalanma mərasimi keçiriləcək.

Beşiktaşın Van Bronckhorstun gəliş tarixi və imza mərasimi ilə bağlı açıqlaması belədir:

“Futbol A Komandamızın məşqçisi cənab Giovanni van Bronckhorst sabah (13 iyun cümə axşamı) saat 16.00-da İstanbul Hava Limanında olacaq.

“14 İyun Cümə günü saat 11:00-da Tüpraş Stadium Moda Mərkəzində prezidentimiz Həsən Aratın iştirakı ilə Giovanni van Bronckhorst üçün imza mərasimi keçiriləcək.”