Bakı, 7 oktyabr, Sporaz.tv
“Beşiktaş“, “Qaziantep FK” matçında zədələnən Gabriel Paulistanın səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib. Paulistanın sol yuxarı bud əzələsində (biceps femoris) gərginlik və qismən yırtıq aşkar edilib.
Sporaz.tv məlumat verir ki,Trendyol Super Liqasının 8-ci həftəsində keçirilən “Qaziantep FK” matçının ilk yarısında zədələnən Gşabriel Paulista oyunu davam etdirə bilməyib.
Təcrübəli futbolçu üzərində aparılan sağlamlıq testlərində braziliyalı müdafiəçinin sol yuxarı bud əzələsində (biceps femoris) dartılma və qismən yırtıq aşkarlanıb.
Klubdan verilən açıqlamada: “Futbol komandamızın Qaziantep FK ilə oynadığı matçda sol budunun arxa əzələsində ağrı hiss edən oyunçumuz Gabriel Paulistanın qiymətləndirilməsi və Acıbadem Altunizadə Xəstəxanasında aparılan MRT müayinəsi, sol budun yuxarı arxa əzələsində (biceps femoris) dartılma və qismən yırtıq aşkar edilib.”. bəyanatları daxil edilmişdir.
Gabriel Paulistanın 2-3 həftə meydandan uzaq qalacağı gözlənilir.