Bakı, 16 oktyabr, Sporaz.tv
“Beşiktaş“, Kosova Milli Komandasında zədələnən Milot Rashicanın yuxarı bud nahiyəsində gərginlik və ödem diaqnozu qoyulduğunu açıqlayıb.
Sporaz.tv məlumat verir ki, “Beşiktaş”, UEFA Millətlər Liqasında Kosova – Cənubi Kipr matçında zədələnən Milot Rashicanın vəziyyəti ilə bağlı açıqlama yayıb.
Açıqlamada Rashicanin müalicəsinə başlanıldığı bildirilib. “Beşiktaş”-ın açıqlamasında bu sözlər işlədilib: “Futbolçumuz Milot Rashica 15 oktyabr 2024-cü ildə Kosova millisinin keçirdiyi matçda ombasının daxili hissəsində hiss etdiyi ağrı səbəbindən oyunu davam etdirə bilməyib. Acıbadem Altunizade Xəstəxanasında Milot Rashicanın MR görüntüləməsində, omba nahiyəsinin yuxarı hissəsində (adduktor longus) gərginlik və ödem aşkarlanıb.”
Rashica bu mövsüm “Beşiktaş”-da 12 oyun keçirib. Oyunçu bu matçlarda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.