“Beşiktaş”dan “Gökhan İnler”ə vida

Bakı, 30 iyun, Sporaz.tv

Beşiktaş ötən mövsümün əvvəlində yenidən komandaya qoşulan Gökhan İnlerlə vidalaşdıqlarını açıqlayıb və idman direktoru vəzifəsini icra edəcəyi Udinesedə ona uğurlar arzulayıb.

Sporaz.tv məlumat verir ki. 2016-2017 mövsümündə qara-ağlı komanda ilə çempionluq qazanan və ötən mövsüm komanda ilə ikinci dəfə müqavilə imzalayan Gökhan İtaliya A Seriyasının Udinese komandasında idman direktoru vəzifəsinə başlayacaq.

“Beşiktaş” klubu rəsmi saytında təcrübəli futbolçu ilə vida mesajı yayımlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Açıqlamada:”Klubumuzda xidmət etdiyi iki ayrı dönəmdə Beşiktaş mövqeyinə layiq mübarizəsi ilə fərq qoyan və gerbimizi hər mühitdə təmsil edən futbolçumuz Gökhan İnlərə vida edirik. Komandamızın forması ilə çempionluq qazanan, gənc futbolçulara meydanda və meydandan kənarda verdiyi dəstəyi ilə örnək olan Gökhan İnlerə sağol” “Ona İtaliyanın “Udinese” klubunda idman direktoru vəzifəsində uğurlar arzulayırıq. “