“Beşiktaş”dan Chamberlain qərarı

Bakı, 9 iyul, Sporaz.tv

Beşiktaş“ın tezliklə Alex Oxlade-Chamberlain ilə yollarını ayıracağı gözlənilir. İngilis futbolçunun Sloveniya düşərgəsinə aparılmayacağı öyrənilib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” yeni mövsüm hazırlıqlarını davam etdirir. Komandaya ağ-qara formada gələn futbolçularla yanaşı, gedəcək adlar da müəyyənləşir.

Beşiktaşın keçən mövsüm yay transfer pəncərəsində heyətə qoşulan Alex Oxlade-Chamberlain ilə yollarını ayırmağı yaxındır. İngilis futbolçunun ölkəsinə dönəcəyi ilə bağlı xəbərlər yayılsa da, onun Sloveniyada keçiriləcək xaricdəki düşərgədə iştirak etməyəcəyi öyrənilib. 30 yaşlı futbolçu ilə İngiltərənin  SouthamptonSheffield United komandalarının maraqlandığı bildirilib.

Oxlade-Chamberlain Beşiktaşda gözlənilən performansı göstərə bilmədi. Zədələri ilə mübarizə aparan ingilis futbolçu, liqada cəmi 20 matçda meydana çıxıb. Təcrübəli futbolçu, ötən mövsüm 4 dəfə qol qeyd edib. Alex Oxlade-Chamberlainin “Beşiktaş”la daha 2 illik müqaviləsi var.