“Beşiktaş”dan Boupendza bombası!

Bakı, 17 iyun, Sporaz.tv

ABŞ-ın “Cincinnati” klubunda çıxış edən Aaron Boupendza, “Beşiktaş“ın transfer siyahısına düşüb.

Sporaz.tv xəbər verir ki, “ağ-qaralar” bir müddət “Hatayspor“da çıxış edən 27 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

Qabonlu ulduzla İtaliya eyni zamanda, A Seriyasında çıxış edən “Atalanta” və Rusiya Premyer Liqa təmsilçisi “Krasnodar” da maraqlanır.

Klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq Boupendzanın hazırkı bazar dəyəri 5 milyon avrodur.