“Beşiktaş”dan “Barcelona”ya 10 milyon avroluq təklif

Bakı, 15 avqust, Sporaz.tv

Sol müdafiəçi axtarışlarını davam etdirən “Beşiktaş“ın “Barcelona“nın gənc futbolçusu Mika Fayeni heyətinə qatmaq üçün Kataloniya klubuna təklif etdiyi iddia edilir.

Sporaz.tv xəbər verir ki, transfer cəhdlərini davam etdirən və sol ayaqlı müdafiəçini gücləndirmək istəyən “Beşiktaş”ın “Barcelona”nın seneqallı futbolçusu Mikayıl Faye ilə maraqlandığı iddia edilib. “Ağ-qaralar” son bir neçə saat ərzində Fayeni almaq üçün Kataloniya klubuna 10 milyon avro təklif edib.

“Barcelona”nın 20 yaşlı müdafiəçi üçün 15 milyon avroluq transfer haqqı təyin etdiyi, lakin bu rəqəmin azaldıla biləcəyi bildirilərkən, “Beşiktaş”ın məşqçinin istəyi ilə gənc futbolçunu almaq üçün şərtləri irəli sürəcəyi qeyd edilib

“Beşiktaş”ın Fayeyə yaxşı müqavilə təklif edəcəyi və “Barcelona”ya futbolçunu geri almaq imkanı verməyə hazır olduğu iddia edilib.

Faye ilə “Beşiktaş”dan başqa “Rennes”, “İnter” və “Porto”nun da maraqlandığı bildirilib. Ancaq İtaliya klubunun fərqli sol müdafiəçiyə üz tutduğu üçün hələlik bu transferdə geri addım atdığı bildirilir.

Bu arada, “Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorstun futbolçu karyerası ərzində yaxın dostu olan “Barsclona”nın idman direktoru Deco ilə görüşdüyü və bir neçə həftə əvvəl Kataloniya klubunun digər sol ayaqlı müdafiəçisi Clement Lengleti istədiyi bildirilib. Lakin fransalı müdafiəçinin Türkiyəyə getmək istəmədiyi üçün bu transferin baş tutmadığı iddia edilib.

Bahar Rüstəm