“Beşiktaş”dan Al Musrati qərarı

Bakı,21 may,Sporaz.tv

Beşiktaş“ın liviyalı yarımmüdafiəçisi Al Musrati ilə Səudiyyə Ərəbistanından iki klubun maraqlandığı iddia edilib. “Ağ-qaralar” 12 milyon avroya heyətinə qatdıqları Al Musrati üçün qərarını verib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın transfer dövründə heyətinə qatdığı Al Musratinin Ərəbistan yarımadasından taliblərinin olduğu iddia edilirdi.
Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından “Al Ahli” və “Al İttifaq” liviyalı yarımmüdafiəçi üçün təklif göndərməyə hazırlaşır.


Hər iki klubun Musratinin vəziyyətini yaxından izləsə də, Beşiktaş rəhbərliyinin futbolçunu satmağı düşünmədiyi bildirilib.
“Beşiktaş”ın baş direktoru Samet Aybaba 28 yaşlı futbolçunun növbəti mövsümdə çox faydalı olacağını düşünür.
Bu nöqtədə “Al Ahli” və” Al Ittifaq” tərəfindən edilən təklif, Beşiktaşın Al Musrati üçün “Braqa”ya ödədiyi 12 milyon Avro transfer haqqını keçərsə qiymətləndiriləcək.


“Ağ-qara” formada 12 matça çıxan liviyalı ön libero 772 dəqiqə meydanda olub və komandasına nə qol, nə də məhsuldar ötürmə verə bilməyib.

Bahar Rüstəm