Beşiktaşdan 57 milyon avroya ulduz transfer

Bakı, 29 iyul, Sporaz.tv

Transfer səylərini davam etdirən “Beşiktaş“, italyan ulduzun arxasınca getdi. Transferinə görə 57 milyon avro ödənilən cinah oyunçusu, karyerası ilə bağlı seçimini edib.

 Sporaz.tv məlumat verir ki, yeni mövsüm öncəsi Rafa Silva, Ciro İmmobile və “Gabriel Paulista“(Qabriel Paulista)nın transferləri ilə diqqət çəkən “Beşiktaş”, daha bir səs-küylü gedişə imza atıb.

İtaliya mətbuatında yer alan xəbərlərdə “Beşiktaş”ın “Federico Chiesa”(Federiko Çiesa)nı düşündüyü iddia edilib.

Xəbərdə Chiesa ilə “Beşiktaş”la yanaşı, “Tottenham“ın da maraqlandığı yazılıb.

26 yaşlı vingerin “Juventus”(Yuventus)dan ayrılacağı təqdirdə İngiltərə Premyer Liqasında oynamaq istədiyi vurğulanıb.

“Federico Chiesa”(Federiko Kyeza)nın transferinin 25-30 milyon avro civarında transfer qiyməti ilə reallaşa biləcəyi bildirilirdi.

“Juventus” “Fiorentina“dan 12,6 milyon avroya icarəyə götürdüyü Federico Chiesanın transfer qiymətini 44,6 milyon avroya transfer edib.

Chiesanın İtaliya nəhənginə ümumi transfer dəyəri 57,2 milyon avro olub.

2023-24 mövsümündə “Juventus“la A Seriyasında 3 oyun keçirən Federico Chiesa 9 qol vurub, 3 məhsuldar ötürmə edib.