“Beşiktaş”dan 20 milyon avroluq transfer əməliyyatı

Bakı, 15 noyabr, Sporaz.tv

Maliyyə çətinliyi üzündən futbolçu satmaq məcburiyyətində qalan “Lyon“-un durumundan yararlanmaq istəyən “Beşiktaş“-ın, Fransa komandasında çıxış edən gənc və istedadlı ulduz üçün hərəkətə keçdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, Trendyol Superliqasında 12 həftə geridə qalan “Galatasaray“(Qalatasaray)-dan 10 xal geri qalan “Beşiktaş”, ara transfer dövründə heyəti gücləndirmək üçün düyməyə basıb.

Transferdə nəhəng addım atmağa hazırlaşan ağ-qaraların, “Lyon”-un gənc və istedadlı futbolçusu Rayan Cherki üçün hərəkətə keçdiyi iddia edilib.

500 milyon avro borcu ilə aşağı liqaya düşmə cəzası ilə üzləşən Fransa klubu, yanvarda oyunçularını satmalı olub. Göndəriləcək adlar arasında Cherki də var.

Prezident Həsən Arat və rəhbərliyi, pərəstişkarlarını həyəcanlandıran ad Cherki üçün təşəbbüslərə başlayacaq. 20 milyon avro aralığında təklif edəcək qara-ağların futbolçuya veriləcək maaşla bağlı bütün şərtləri qoyacağı gözlənilir.

Xarici kvotada yer açmalı olan “Beşiktaş”, Chamberlain və Onana ilə yollarını ayıracaq.

Kartalın siyahısında “Milan“-da çıxış edən nigeriyalı sağ cinah müdafiəçisi Samuel Chukwueze də var.

Leave a Reply