Beşiktaşdakı hücumçu transferi üçün Aboubakarın planı

Bakı, 21 iyul, Sporaz.tv

Hücum xəttini Ciro İmmobile ilə gücləndirən “Beşiktaş“ın heyətində Vincent Aboubakar nəzərdə tutulmayıb. Daha bir hücumçunu transfer etmək istəyən qara-ağlar, Aboubakar komandada qalsa, mərkəz hücumçusu gücləndirilməsindən vaz keçəcək.

Sporaz.tv məlumat verir ki, transfer dövründə indiyədək heyətində 3 gücləndirmə edən Beşiktaş, komandadan ayrılacaq adlar üçün işlərini davam etdirir.

“Beşiktaş”ın Ciro İmmobile ilə yanaşı, daha bir hücumçunu gücləndirmək istədiyi bildirilib.

Xəbərdə Vincent Aboubakarın heyətdə nəzərə alınmadığı, lakin təcrübəli futbolçunun müqaviləsinin sonuna kimi Beşiktaşda qalmaq istədiyi bildirilib. Aboubakarın “Beşiktaş”la daha 1 illik müqaviləsi var.

Vincent Aboubakarın Beşiktaşda komandadan ayrılmayacağı təqdirdə forvard transferindən imtina ediləcəyi bildirilib.

“Qara-ağlar”ın komandada sayılmayan adlardan olan Daniel Amarteyi Səudiyyə Ərəbistanından olan komandaya icarəyə verməklə bağlı razılığa gəldiyi, lakin 29 yaşlı futbolçunun bu təklifdən imtina etdiyi bildirilirdi.