“Beşiktaş”da Türkiyə Kuboku qeyd olundu

Bakı, 25 may, Sporaz.tv

Beşiktaş” qalib gəldiyi Ziraat Türkiyə Kubokunu azarkeşləri ilə görüşdürüb. Bayramda danışan qara-ağların kapitanı Necip Uysal, “Bu kubok üçün də söz vermişdik. Superkubok üçün də söz veririk”.

Sporaz.tv xəbər verir ki, meydanda qurulan platformaya anonslarla çıxan ağ-qara futbolçular azarkeşləri ilə kubok çempionluğunu qeyd ediblər.

Prezident Hasan Arat “Sizə söz vermişdik ki, kuboku bura gətirəcəyik. Oyunçularımız söz verdilər və kuboku gətirdilər”.

Bu mövsüm azarkeşlərinə pis günlər yaşatdıqlarını ifadə edən kapitan Necip Uysal , “Bu il sizi çox üzdük, fərqindəyik. Kuboku alıb sizə hədiyyə etmək istədik və bacardıq“.

Vüqar ALIŞOV