“Beşiktaş”da transfer inkişafı

Bakı,11 iyun,Sporaz.tv

Beşiktaş“ın maraqlandığı Gabriel Paulistanın meneceri İstanbula dəvət alıb. Digər tərəfdən Stefan Saviçin illik maaşını azaltdığı öyrənilib.

verilən nigeriyalı hücumçu uğurlu çıxışı ilə böyük rəğbət qazanıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən Beşiktaşda isti anlar yaşanır. “Ağ-qaralar” Gabriel Paulistanın menecerini İstanbula dəvət ediblər.

“Atletico Madrid”lə müqaviləsi başa çatan braziliyalı müdafiəçi ötən mövsüm İspaniya yığmasının heyətində liqada 23 oyun keçirib.

33 yaşlı futbolçu karyerası ərzində “Villarreal“, “Arsenal“, “Valencia” və “Atletico Madrid“də çıxış edib.

Digər tərəfdən, “Beşiktaş”ın maraqlandığı digər müdafiəçi Stefan Saviç illik maaşını azaldıb.

Yaxın günlərdə iki futbolçu ilə bağlı transfer inkişafının olacağı gözlənilir.

Vüqar ALIŞOV