“Beşiktaş”da transfer danışıqları davam edir

Bakı, 25 iyun, Sporaz.tv

Transfer səylərini davam etdirən “BeşiktaşRafa Silva ilə danışıqlara başlayıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün heyət işini davam etdirən Beşiktaşda qızğın inkişaf yaşanıb.

“Ağ-qaralar”, Rafa Silva ilə danışıqlara başlayıb

31 yaşlı portuqaliyalı futbolçunun “Benfica” ilə müqaviləsi iyunun 30-da başa çatacaq.

Rafa Silva, ötən mövsüm Portuqaliya Liqasında 30 oyun keçirib ,14 qol vurub və 12 məhsuldar ötürmə edib.