“Beşiktaş”da sistem dəyişə bilər

Bakı, 8 noyabr, Sporaz.tv

Semih Kılıçsoyun “Beşiktaş“-dakı çıxışı bəyənilib. Semihin müvəffəqiyyətli oyununda Beşiktaşda cüt mərkəz sistemini geri qaytaracağı gözlənilir.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş”-ın “Malmö“-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda Semih Kılıçsoy mərkəz hücumçusu funksiyasını yerinə yetirib.

Ciro İmmobilenin yoxluğunda bu fürsətdən istifadə edən gənc futbolçu, uğurlu oyununu qolla bəzəyib.

“Malmö” ilə matçda Semihin meydandakı çıxışından razı qalan məşqçi Giovanni van Bronckhorst növbəti dəfə ikili mərkəz hücumçusu sistemi ilə gündəmə gəlib.

Hollandiyalı məşqçi, türkiyə millisinin oyunları ilə əlaqədar yaranan fasilədə Semih-İmmobile hücum xəttində çalışacaq.

Semihin 9 nömrədəki güclü duruşu və enerjili oyununun İmmobile üçün də üstünlük yaradacağı gözlənilir.

Texniki heyət, italiyalı futbolçunun cərimə meydançasında daha çox imkan əldə edəcəyinə inanır.

“Malmö” matçından sonra TRT SPOR-a danışan Semih Kılıçsoy: “Mərkəz forvard oynamaq istəyirəm, amma məşqçim istəsə, hazıram”- deyib.

“Kasımpaşa” matçının ilk yarısında İmmobile və Semih ikili mərkəz hücumçusu kimi çıxış edib.

Leave a Reply