“Beşiktaş”da Sergen Yalçın iddiaları

Bakı, 3 iyun, Sporaz.tv

Məşqçi axtarışlarını davam etdirən “Beşiktaş“da Sergen Yalçının adı yerli namizəd kimi günü-gündən önə çıxır. “Beşiktaş”ın yerli məşqçiyə üz tutacağı təqdirdə bu vəzifəyə Sergen Yalçının təyin olunacağı dəqiqdir.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” Fernando Santosdan sonra məşqçi axtarışlarını davam etdirir. Əcnəbilərə üstünlük versə də, yerli namizədlər arasında Sergen Yalçın adı günü-gündən əhəmiyyət qazanmağa başlayıb. Ole Gunnar Solskjaerdən sonra “Beşiktaş”ın adı Razvan Lucescu, Gian Piero Gasperi, Gennaro Gattuso, Slaven Bilic və Markus Gisdolla hallanıb.


Mirrorda dərc olunan xəbərdə “Beşiktaş”ın Solskjaeri gündəmə gətirdiyi bildirilib. “PAOK” Razvandan, Atalanta isə Gasperinidən ayrılmaq istəmir. Xəbərdə Biliçin gəlmək şansının aşağı olduğu bildirilirdi.
“Beşiktaş” rəhbərliyi türkiyəli məşqçini seçsə, Sergen Yalçının təyinat alacağı dəqiqdir.
Sergen Yalçın 2020-21 mövsümündə “Beşiktaş”ın heyətində Super Liqa və Türkiyə Kubokunda qələbə qazanıb.

Bahar Rüstəm