“Beşiktaş”da Semih Kılıçsoyla görüş

Bakı, 19 sentyabr, Sporaz.tv

Beşiktaş“ın baş koordinatoru Samet Aybaba “Beşiktaş”ın keçirdiyi son 2 matça ehtiyat oyunçular skamyasında başlayan Semih Kılıçsoyla təkbətək görüşüb. Aybaba görüşdə gənc ulduzu motivasiya edib.

Sporaz.tv verir ki, Semih Kılıçsoy “Beşiktaş”ın Joao Marionu transfer etməsindən sonra “Sivasspor” və “Trabzonspor” matçlarına ehtiyat oyunçular skamyasında başlayıb. “Beşiktaş”ın baş koordinatoru Samet Aybaba əvəzedici heyətə daxil olan gənc ulduzla görüş keçirib.

Samet Aybaba Semih Kılıçsoyla görüşündə gənc ulduza bunları deyib.

“Heç vaxt incimək və ya rəftar etmək kimi şeyləri düşünməyin. Rəqabət ən yüksək səviyyədədir. Sən gəncsən, güclüsən. Kim olursan ol, forma yarışmasında mübarizəni davam etdir. Ambisiya ilə davam et. Sən onlardan birisən. Təkcə “Beşiktaş”ın deyil, ölkə futbolunun gələcəyi olan oyunçulardan sizdən böyük töhfələr gözləyirik.”

Semih Kılıçsoyun Aybabanın bu sözlərindən sonra qol vuracağına söz verdiyi və komandaya ən yüksək fədakarlığı göstərəcəyini bildirdiyi bildirilib.

Bahar Rüstəm

Leave a Reply